EN

Şahin Mustafayevlə Mqer Qriqoryanın Zəngəzur görüşü - Detallar

Sentyabrın 5-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında görüşünün detalları bəlli olub.

Paralel.az “hraparak”a istinadən xəbər verir ki, Şahin Mustafayevlə Mher Qriqoryan arasında görüş Zəngəzurda baş tutub.
Mqer Qriqoryanın ofisindən verilən məlumata görə, görüş əvvəlcə Qərbi Zəngəzurda və Zəngəlan bölgəsinin cənub bölgələrində baş tutub.
Nəşr yazıb ki, tərəflər arasında görüş əvvəlcə Meqridə baş tutub. “Nümayəndə heyətləri helikopterlə görüş yerinə gəliblər. Daha sonra Azərbaycan ərazisində görüşü davam etdiriblər”, - nəşr yazıb.
“Hrapark”ın yazdığına görə, Azərbaycan tərəfinin  təklifi  ilə  sərhədlərin demarkasiya işinin  Zəngəzurda davam etdirilməsi barədə  razılığa  gəlinib. 

Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüşdə  tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara əsasən, kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə tərəflər sərhəd xəttinin müvafiq hissələrinin/hissələrinin demarkasiyası, minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası və tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

 Mürtəza

Chosen
27
1
paralel.az

2Sources