EN

Hibrit təhdidlərə qarşı maarifləndirici videokontentlər hazırlandı – FOTO

“Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində hibrit təhdidlər və zərərli xarici ideoloji təxribatların təsirlərini izah edən 20 qısa videokontent hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.

Videolar cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusən gənclərə və müəllimlərə ünvanlanmış, sadə və anlaşıqlı formada təqdim olunmuşdur. Hazırlanan videokontentlərdə sosial şəbəkələr üzərindən aparılan manipulyasiyalar, saxta xəbərlərin yayılma üsulları, xarici ideoloji təsirlərin təhlükələri və onlardan qorunma yolları barədə ətraflı məlumat verilir. Videolar izləyicilər tərəfindən maraqla qarşılanmış, sosial şəbəkələrdə geniş paylaşım qazanmışdır.

Bu fəaliyyətin əsas məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onların informasiya müharibəsində daha ayıq və şüurlu davranış nümayiş etdirməsinə töhfə vermək olmuşdur.

Qeyd edək ki, “Tarix ideoloji cəbhədə” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarix sahəsində Maarifləndirməyə Dəstək” ictimai birliyi tərəfindən həyata keçirilir.
 

Chosen
13
qht.az

1Sources