EN

Ermənistan prezidenti: “Rusiya ölkəmizi daha “kiçik qardaş” kimi qəbul etmir”

“Rusiya artıq Ermənistanı “kiçik qardaş” kimi qəbul etmir, ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub”.

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində deyib.

“İndi Rusiya ilə münasibətlər tamamilə başqa cürdür – tərəfdaşlıq münasibətləri var. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş münasibəti kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Biz son 4 ildə əslində buna nail olmağa çalışmışıq”, – deyə Xaçaturyan vurğulayıb.

Prezidentin sözlərinə görə, İrəvan rusiyalı həmkarlarının Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını istəyir.

MənbəOXU.AZ
Chosen
45
7
banker.az

10Sources