EN

Çində yeni "iPhone"un satışı qadağan edildi

"Apple" korporasiyası "iPhone Air"in Çində satışına icazə ala bilməyib.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

ABŞ şirkəti ultra nazik modelin satışını təxirə salmalı olub.

Eyni zamanda, "iPhone 17" seriyasının digər modelləri sentyabrın 19-dan həm Çində, həm də bütün dünyada satışa çıxarılacaq.

Məlumata görə, "iPhone Air" modelində digər telefonlardan fərqli olaraq adi SIM kart yuvası yoxdur. Bu səbəbdən cihaz yalnız virtual SIM kart - eSIM ilə istehsal olunur. Çində isə eSIM ilə avadanlığın istifadəyə verilməsi üçün tənzimləyici orqanlardan xüsusi icazə tələb olunur.
Chosen
36
10
7news.az

7Sources