EN

Qızılağac Milli Parkının ərazisində yanğın söndürülübYENİLƏNİB

 

10:06
Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)  məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.

Chosen
27
21
xezerxeber.az

10Sources