EN

"Doğma meydanda qələbə qazanmalıyıq" - "Benfika"nın baş məşqçisi

Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laji Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisi ilə qarşılaşmada daha diqqətli olmalarını vurğulayıb.

O, bütün səylərini səfərbər etməyin vacibliyini vurğulayıb:
"Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Sentyabrın 16-da doğma meydanda qələbə qazanmalıyıq".

49 yaşlı baş məşqçi komandasının azarkeşlərinə də səslənib:
"Bizi dəstəkləməyə davam edin, Çempionlar Liqası matçında da burda olun, çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq".
Chosen
25
1
football-plus.az

2Sources