EN

Müəllimlər üçün gül valideynləri “ağladır” – Buketlər 30-150 manat

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalsa da, valideynləri düşündürən məsələlərdən biri də 15 sentyabr ənənəsi müəllimlər üçün gül buketləridir.

Milli.Az xəbər verir ki, hər il olduğu kimi, bu il də məktəbə gedən uşaqlar əllərində gül dəstələri ilə sinif otaqlarına daxil olacaqlar. Lakin qiymətlər əvvəlki illərlə müqayisədə daha yüksəkdir.

Satıcıların sözlərinə görə, bu il gül buketlərinə maraq azalmayıb, amma qiymətlər nəzərə çarpacaq dərəcədə artıb:

“Sadə gül buketləri 20 manatdan başlayır, orta ölçülü buketlər isə 30-150 manat arasıdır.

Səbətlərin qiyməti isə 60-200 manata qədərdir. Çünki orda qutunun qiyməti də var. Buketlərin qiyməti müştərinin zövgünə görə dəyişir”.

Alıcıların bəziləri isə güllərin uzun ömürlüyünə görə dibçək güllərinə üstünlük verirlər.

Chosen
33
4
tribunainfo.az

10Sources