EN

Nuri Şahinin yeni iş yeri rəsmən açıqlandı

Türkiyəli gənc mütəxəssis Nuri Şahin karyerasını vətənində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, “Başakşehir”in yeni baş məşqçisi təyin olunub.

Bu barədə İstanbul təmsilçisi sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

37 yaşlı mütəxəssis sentyabrın 15-dən rəsmən işinə başlayacaq.

Nuri Şahin son olaraq Almaniyada Dortmund “Borussiya”sında işləyib.

Futbolçu karyerasını “Real Madrid”, “Borussiya Dortmund”, “Liverpul” və “Verder Bremen” kimi nəhəng klublarda keçirən Şahin, məşqçiliyə Türkiyədə “Antalyaspor”da başlamışdı.

Chosen
22
fanat.az

1Sources