EN

"Vüsal 300" barəsində cinayət işi açıldı

"Vüsal 300" kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində cinayət işi başlanılıb. "Vüsal 300" bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti məşğul olmaqda ittiham olunur.

 

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Sosial şəbəkədə yayılan görüntülərdə "Vüsal 300" məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulub və Xətai Rayon Prokurorluğu tərəfindən möhürlənib.

 

Qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların "Arendator"u kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.

 

Report

Tarix: 13 Sentyabr 2025, 13:37   
Chosen
43
34
pravda.az

10Sources