“Real” klubunun hücumçusu Vinisius Junior son iki həftədə fiziki və psixoloji baxımdan əhəmiyyətli irəliləyiş göstərib.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, klub braziliyalı futbolçu üçün xüsusi məşq proqramı hazırlayıb. Məqsəd qısa – cəmi 15 günlük – mövsümöncəsi hazırlıq müddətini kompensasiya etməkdir.
Mənbə bildirib ki, 25 yaşlı hücumçu daha istirahətli, diqqətli və motivasiyalı görünür.
Cari mövsümdə Vinisius Junior La Liqada 3 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.