EN

Azərbaycan millisi Dünya Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazandı

BAKI, 13 sentyabr. TELEQRAF

Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma B qrupundakı ikinci oyununda Niderlandın U-25 seçməsindən üstün olub - 21:19.

Komanda ilk matçda Kanadaya uduzub - 13:21.

Azərbaycan millisi Bakı vaxtı ilə saat 16:45-də "CS Rapid" kollektivi ilə üz-üzə gələcək.

Chosen
39
7
teleqraf.com

9Sources