EN

Azərbaycan və İranda qarşılıqlı mədəniyyət günləri keçiriləcək


Azərbaycan və İranın müxtəlif şəhərlərində qarşılıqlı olaraq mədəniyyət günləri keçiriləcək. Bu barədə İranın Azərbaycandakı səfirliyindən KİV-ə məlumat verilib.

Məlumata görə, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Əbdülrza Raşid Bakıda Azərbaycanın mədəniyyət nazirinin müavini Fəric Cəfərov arasında görüş keçirilib.

Görüşdə iki ölkə rəsmiləri hər iki ölkənin paytaxtları Bakı və Tehranda və digər şəhərlərdə qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi üzrə razılıq əldə ediblər.

ZÜMRÜD

Chosen
20
4
baki-xeber.com

5Sources