EN

Azərbaycan millisi Avropa çempionatının yarımfinalında uduzdu

style='margin-bottom:10px;'>

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatında (EBSL) növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

Azərbaycan yığması 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.

Chosen
42
7
teleqraf.com

9Sources