AZ

Azərbaycan millisi Avropa çempionatının yarımfinalında uduzdu

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropaçempionatında (EBSL) növbəti oyununu keçirib.

Trend xəbərverir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması iləqarşılaşıb.

İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqibkomandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev birvurub.

Azərbaycan yığması 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstanyığması ilə qarşılaşacaq.

Seçilən
44
7
az.trend.az

9Mənbələr