EN

Finala çıxan komandaya prezident zəngi- “Gözlərinizdən öpürəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EuroBasket”in finalına yüksələn Basketbol Milli Komandasına zəng edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

“Həqiqətən çox sevindim. Başda Hidayət (red. Türkiyə Basketbol Milli Komandasının rəhbəri Hidayət Türkoğlu) olmaqla, bütün idmançı qardaşlarımın gözlərindən öpürəm. Təbrik edirəm”.

İdmançılar Ərdoğanı alqışlayaraq ona təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, Türkiyə Yunanıstan millisini 68-94 hesabı ilə məğlub edərək 24 il sonra finala çıxıb. Ay-ulduzlular finalda Almaniya ilə mübarizə aparacaq. Qarşılaşma sabah axşam keçiriləcək. 

Sözügedən videonu təqdim edirik:

Qafqazinfo.az

Chosen
23
6
musavat.com

7Sources