EN

“Mançester Siti” “İnter”in futbolçusu üçün hərəkətə keçib

İtaliyanın “İnter” komandasında çıxış edən müdafiəçi Denzel Dumfris karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, "şəhərlilər" niderlandlı futbolçunun xidmətində maraqlıdır. İngilis klubu 29 yaşlı oyunçunu 2026-cı ilin yanvarında transfer edə bilər. Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.

Qeyd olunur ki, Dumfris yalnız müdafiədə deyil, həm də sağ cinahda oynaya bilir. Cari mövsümdə futbolçu İtaliya çempionatında iki oyunda iştirak edib və bir qol vurub.

Futbolçunun “İnter” ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Dümfrisin bazar dəyəri 35 milyon avrodur.

Chosen
40
90deqiqe.az

1Sources