EN

Myanma ordusu Rakhayn ştatına aviazərbə endirib, 19 tələbə ölüb

Myanmanın etnik azlığının silahlı qruplaşması olan "Arakan Ordusu" hökumət ordusunun ölkənin qərbindəki Rakhayn ştatına endirdiyi aviazərbə nəticəsində azı 19 tələbənin öldüyü, 22 nəfərin yaralandığı bildirib.

“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, zərbə cümə gününə keçən gecə Kyaukto qəsəbəsində iki təhsil müəssisəsinə endirilib. Nəticədə 15-21 yaşlı tələbələr ölüb.

"Myanmar Now" nəşri bildirir ki, tələbələr yatarkən hərbi təyyarə məktəbə 500 kiloluq iki bomba atıb.

Chosen
15
ikisahil.az

1Sources