EN

Rusiya XİN: Putin Zelenskiyə Moskvada təhlükəsizlik zəmanəti verib

BAKI, 13 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskiyə Moskvaya səfər edəcəyi halda ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN)xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a müsahibəsində deyib.

O bildirib ki, Ukrayna liderinin Moskvaya getməkdən imtinası onun sülh danışıqlarına maraqlı olmadığını göstərir:

“Volodimir Zelenski razılığa gəlmək istəmir. O, müxtəlifbəyanatlar səsləndirə bilər, amma hamı bilir ki, Vladimir Putinin verdiyi zəmanətlər dünyada mövcud olan ən güclü zəmanətlərdən biridir və Zelenskinin də buna inanmamaq üçün səbəbi yoxdur".

Chosen
27
2
teleqraf.com

3Sources