Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskiyə Moskvaya səfər edəcəyi halda ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verib.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a müsahibəsində deyib.
O bildirib ki, Ukrayna liderinin Moskvaya getməkdən imtinası onun sülh danışıqlarına maraqlı olmadığını göstərir:
“Volodimir Zelenski razılığa gəlmək istəmir. O, müxtəlif bəyanatlar səsləndirə bilər, amma hamı bilir ki, Vladimir Putinin verdiyi zəmanətlər dünyada mövcud olan ən güclü zəmanətlərdən biridir və Zelenskinin də buna inanmamaq üçün səbəbi yoxdur".