EN

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 22 %-dən çox azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 8,517 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 % azdır.

Avqustda Türkiyə Azərbaycana 1,334 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 10,2 % azdır.

8 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,7 % azalaraq 986,646 milyon ABŞ dollarına, təkcə avqust ayında isə 7 % azalaraq 137,42 milyon ABŞ dollarına düşüb.

Chosen
13
1
ikisahil.az

2Sources