EN

Brilliant Dadaşova: “Səidənin yalnız qalması mənim günahım deyil”

Xalq artisti Brilliant Dadaşova müğənni Səidə Dadaşovanın anası haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

Sənətçi bu barədə sosial media hesabında paylaşım edib.

 

Brilliant Dadaşova qeyd edib ki, Səidə Dadaşovanın bu gün yalnız qalması onun günahı deyil:

 

“Dünəndən Səidə Dadaşovanın çıxışı sosial şəbəkələrdə gündəm olub! Səidə xanımı mən 10 ildən çoxdur tanıyıram, qəlbini də gözəl bilirəm. Amma ailə doğrudan da bir kitabdır, onu tam oxumadan danışmaq və fikir bildirmək olmaz. Baxıram, hər paylaşımda rəylərdə Brilliant Dadaşovanın adı hallanır. Halbuki Səidə Brilliantın yox, Sədaqət xanımın qızıdır.

 

Haqqı deyək: bütün nəsil Brilliant xanımın ətrafındadır. İstəyən, Brilliant xanımın yanında ola bilir. Amma Səidə xanımın bu gün yalnız qalması Brilliantın günahı deyil!

 

Səidə yaxşı qızdır, doğrudan da yaxşı insandır. Sadəcə bu dünyada bəzən biz öz yolumuzu özümüz cızırıq. Bunu bəzən düz, bəzən səhv edirik. Yolun sonunda isə ya tək qalırıq, ya da yox. Bu da artıq bizim qismətimiz olur”.

 

Qeyd edək ki, Səidə Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova ilə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. Səidə uzun illərdir anası ilə küsülüdür./Yenisabah.az

Tarix: 13 Sentyabr 2025, 15:29   
Chosen
25
5
pravda.az

6Sources