Yevlax rayonunda avtoqəza nəticəsində xəsarət alan şəxs ölüb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Salahlı kəndində keçirilən toy məclisindən qayıdan zaman Hürüuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən "İnfinti" markalı maşında ağır xəsarətlər alan sərnişin, 1979-cu il təvəllüdlü Xalid Ələkbərov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı üç nəfər yaralanmışdı.
Faktla bağlı araşdırma aparılır.