AZ

Toydan qayıdarkən qəzaya düşən şəxs ÜÇ GÜN SONRA ÖLDÜ

Yevlax rayonunda avtoqəza nəticəsində xəsarət alan şəxs ölüb. Rayonun Salahlı kəndində keçirilən toy məclisindən qayıdan zaman Hürüuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən "İnfinti" markalı maşında ağır xəsarətlər alan sərnişin, 1979-cu il təvəllüdlü Xalid Ələkbərov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə zamanı üç nəfər yaralanmışdı. Faktla bağlı araşdırma aparılır. 
 
 

Seçilən
41
1
7news.az

3Mənbələr