EN

ABŞ nümayəndəsi Taliban rəsmisi ilə görüşKEÇİRDİ

ABŞ prezidenti Donald Trampın girov məsələləri üzrə nümayəndəsi Adam Boyler Əfqanıstanın paytaxtı Kabildə Talibanın xarici işlər naziri Əmirxan Müttəqi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Talibanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə hər iki ölkənin məhbusları ilə bağlı məsələlər, ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, vətəndaşlara aid məsələlər, investisiya və digər məsələlər müzakirə olunub.

Chosen
38
2
redaktor.az

8Sources