Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın girov məsələləri üzrə nümayəndəsi Adam Boyler Əfqanıstanın paytaxtı Kabildə Talibanın xarici işlər naziri Əmirxan Müttəqi ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Talibanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə hər iki ölkənin məhbusları ilə bağlı məsələlər, ikitərəfli əlaqələrin genişləndirilməsi yolları, vətəndaşlara aid məsələlər, investisiya və digər məsələlər müzakirə olunub.
Əmirxan Müttəqi, Talibanla ABŞ arasında Dohada keçirilmiş əvvəlki danışıqlara istinad edərək deyib:
“İndi münasibətlərin normal vəziyyətə qayıtması üçün münasib fürsət yaranıb və ikitərəfli əlaqələrdə elə mürəkkəb məsələ yoxdur ki, onun həlli çətin olsun”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.