EN

Mahir Emrelinin anası etiraz etdi: Maşın bu gün qarajdan çıxmayıb, bu necə olur? FOTO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin anası Elnurə Emreli sosial mediada paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, avtomobilinin qarajda olduğu halda cərimə edildiyini bildirib.

Elnurə Emreli paylaşdığı mesajda, dayanma və durma qaydalarının pozulmasına görə 20 manatlıq cərimə protokolu ilə qarşılaşdığını qeyd edib.

"Maşın bu gün qarajdan çıxmayıb, bu necə olur? Bilən var?" - deyə o, məsələ ilə bağlı iradını bildirib və cərimə mesajını izləyiciləri ilə bölüşüb.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib.

Kənan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
6
news.milli.az

7Sources