EN

AYNA: 157 və 503 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha iki müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, 157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – "BusTrans" MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 AZN, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 AZN təşkil edəcək.

Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
29
azertag.az

10Sources