ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvanda toy karvanında pozuntuya yol verənlər saxlanılıb.
Bu barədə Lent.az-a Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.
Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.