EN

Toy karvanında qayda pozanlar saxlanıldı

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb.Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
30
bizim.media

10Sources