Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
NATO baş katibi Mark Rutte Rusiya raketlərinin yalnız Şərqi Avropa ölkələri üçün deyil, bütün alyans üçün təhlükə yaratdığını bildirib.
Modern.az-ın məlumatına görə, o, bu barədə “Şərqin mühafizəçisi” əməliyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Bəziləri elə bilir ki, Londonda və ya Madriddə yaşamaq daha təhlükəsizdir, nəinki Tallində. Bu, belə deyil”.
Ruttenin sözlərinə görə, Rusiyanın yeni nəsil hipersəs raketləri səs sürətini beş dəfə üstələyir:
“Onlar Madrida və ya Londona Tallin və ya Vilnüsdən cəmi 5–10 dəqiqə gec çatır”.
NATO baş katibi əlavə edib ki, alyans üzvləri vəziyyəti elə qəbul etməlidirlər ki, sanki bütün dövlətlər şərq cəbhəsində yerləşir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.