EN

Kreml mövcud vəziyyətdən necə çıxacağını bilmir AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rusiya isterik vəziyyətdədir. Bu vəziyyət Kremli ətrafa aqressiv davranmaq məcburiyyətində buraxır. Rusiya mövcud situasiyadan necə çıxacağını bilmir və əlində yeganə variant aqressivlik qalıb. Bunu da həm postsovet məkanında, həm də Qərb ölkələri ilə münasibətlərdə istifadə edir. Bunun Rusiya üçün nə dərəcədə effektiv olub-olmayacağı yaxın vaxtlarda aydınlaşacaq".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Rusiya Polşaya hücum etməklə Qərb ölkələrini savaş ritorikası ilə şantaj etməyə çalışır:"Dağıdıcı sanksiyaların bloklanmasına cəhd göstərir. Bu hadisələr hələlik Kremli xilas edəcək variant təsiri bağışlamır. Eyni davranışı Rusiya postsovet ölkələrinə qarşı da sərgiləyir. Aqressiv və təhdidkar addımlar atır. Bununla da qorxu yaratmaq niyyəti güdür. Halbuki bunun zamanı artıq geridə qalıb və dünya dəyişib. Rusiya müasir geosiyasi şərtlərə uyğunlaşmaqda çətinlik çəkir. Bu addımlar postsovet ölkələrinin Rusiyadan daha da uzaqlaşmasına gətirib çıxaracaq ki, bu da Rusiyanın beynəlxalq aləmdə təklənməsi deməkdir".Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
demokrat.az

2Sources