EN

Sərnişinlərin nəzərinə: Bu marşrut yenidən fəaliyyətə başlayır

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.

Məlumata görə, 157 və 503 nömrəli marşrutları yeni avtobuslarla təminatını “BusTrans” MMC və “BakuBus” MMC  həyata keçirəcəklər.

157 nömrəli marşrut üzrə gedişhaqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək.

Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Qeyd edək ki, 503 nömrəli marşrut ötən ilin dekabr ayında Sumqayıt-Saray körpüsünün sökülməsi səbəbilə fəaliyyətini dayandırmışdı, lakin bu ilin mart ayında körpü təmir edilərək istifadəyə verildikdən sonra da bərpa etmədi. Daşıyıcının bu xətt üzrə avtobusların yeniləməyə imkanı olmadığı üçün AYNA müsabiqə yolu ilə onu dəyişdi. “BakuBus” bu xətt üzrə yeni avtobuslarla sentyabrın 15-dən fəaliyyətə başlayır.

MənbəREPORT
Chosen
44
19
banker.az

10Sources