EN

Çimərlikdə qadınların şəklini çəkirdi, həbs olundu

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə çimərlikdə qadınların fotolarını çəkən saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya rayonunun Karasu qəsəbəsində baş verib.

Qadınlar çimərlikdə bir kişinin onların fotolarını çəkdiyini hiss ediblər. Dərhal qadınlar onun telefonunu əlindən alıblar və qalareyada özlərinə məxsus bir neçə foto ortaya çıxıb. Ətrafdakı şəxslər də F.A. adlı şübhəlini tutaraq, onun qaçmasına əngəl olublar.

F.A. polisə təhvil verilib və məhkəmənin qərarı ilə həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
lent.az

1Sources