EN

İran XİN rəhbəri Misirdəki danışıqları qiymətləndirdi

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qahirədə aparılan danışıqlar son dərəcə ciddi keçib.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O müharibədən sonrakı prosesdə danışıqların asan olmadığını, bu səbəbdən görüşlərdə gülüş və təbəssümə yer qalmadığını vurğulayıb:

"Avropa İttifaqının xarici siyasət rəhbəri ilə yeni görüş mümkündür, lakin bu, qarşı tərəfin yekun qərarından asılı olacaq".

Xatırladaq ki, Abbas Əraqçi sentyabrın 10-da Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi ilə də görüşüb. Tərəflər İranla AEBA arasında zəmanət öhdəliklərinin icrasına dair qarşılıqlı fəaliyyət qaydalarının mətnində razılıq əldə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
sherg.az

2Sources