AZ

İran XİN rəhbəri: Misirdə danışıqlar çox ciddi keçdi

BAKI, 13 sentyabr. TELEQRAF

Qahirədə aparılan danışıqların son dərəcə ciddi aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Abbas Əraqçi müharibədən sonrakı prosesdə danışıqların asan olmadığını, bu səbəbdən görüşlərdə gülüş və təbəssümə yer qalmadığını vurğulayıb:

"Avropa İttifaqının xarici siyasət rəhbəri ilə yeni görüş mümkündür, lakin bu, qarşı tərəfin yekun qərarından asılı olacaq".

Xatırladaq ki, Abbas Əraqçi sentyabrın 10-da Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi ilə də görüşüb. Tərəflər İranla AEBA arasında zəmanət öhdəliklərinin icrasına dair qarşılıqlı fəaliyyət qaydalarının mətnində razılıq əldə ediblər.

Seçilən
25
2
teleqraf.com

2Mənbələr