EN

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO - YENİLƏNİB

Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinlərə kənddə infrastruktur – içməli su, elektrik, qaz xətləri, yol və digər zəruri sosial obyektlərin artıq istifadəyə verildiyini deyib.

Daşbulağa qayıdan sakinlər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

***

16:17

“Böyük Qayıdış” planına uyğun olaraq, Xocalı Daşbulaq kəndinə ilk köç karvanı yola düşüb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər sakin köçürülür.

Qeyd edək ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocalının
Chosen
75
14
apa.az

10Sources