Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 22 ölkədən 3,7 milyard ABŞ dolları dəyərində 38,4 min kiloqram qızıl idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatındakı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 97,5 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ) daxil olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862 kiloqram qızıl istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 614,5 kiloqram və ya 49,2% çoxdur. Cari ilin avqust ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 167,5 kiloqram olub.
Cari ilin ilk yeddi ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:
Ölkələr | Qızılın həcmi (kq) | Qızılın dəyəri (min ABŞ dolları) |
Qazaxıstan | 2556,83 | 262172,89 |
Qırğızıstan | 417,36 | 44617,82 |
Özbəkistan | 1226,92 | 124914,73 |
Rusiya | 6783,68 | 656760,54 |
Amerika Birləşmiş Ştatları | 4453,16 | 458836,39 |
Avstraliya | 4120,75 | 368159,06 |
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı | 4860,9 | 481268,41 |
Braziliya | 1021,46 | 953118,81 |
Cənubi Afrika Respublikası | 2526,6 | 267467,72 |
Çin | 1186,22 | 109542,7 |
Çinin xüsusi inzibati rayonu Honkonq | 184,29 | 16723,14 |
Filippin | 240,88 | 24325,53 |
İsveçrə | 1470,02 | 145035,48 |
Kanada | 1398,88 | 132316,32 |
Meksika | 2557,6 | 233513,81 |
Türkiyə | 1115,84 | 99250,42 |
Yaponiya | 149,89 | 15586,09 |
Zimbabve | 12,2 | 1133,44 |
Almaniya | 1062,49 | 95859,22 |
İspaniya | 692,15 | 73156,09 |
İsveç | 38,16 | 4099,74 |
İtaliya | 296,48 | 31249,34 |
Rumıniya | 48,12 | 4960,59 |
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.