AZ

Azərbaycan yeddi ayda 3,7 milyard dollarlıq qızıl alıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 22 ölkədən 3,7 milyard ABŞ dolları dəyərində 38,4 min kiloqram qızıl idxal edilib.

Dövlət Statistika Komitəsinin hesabatındakı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 97,5 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ) daxil olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862 kiloqram qızıl istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 614,5 kiloqram və ya 49,2% çoxdur. Cari ilin avqust ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 167,5 kiloqram olub.

Cari ilin ilk yeddi ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:

ÖlkələrQızılın həcmi (kq)Qızılın dəyəri (min ABŞ dolları)
Qazaxıstan2556,83262172,89
Qırğızıstan417,3644617,82
Özbəkistan1226,92124914,73
Rusiya6783,68656760,54
Amerika Birləşmiş Ştatları4453,16458836,39
Avstraliya4120,75368159,06
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı4860,9481268,41
Braziliya1021,46953118,81
Cənubi Afrika Respublikası2526,6267467,72
Çin1186,22109542,7
Çinin xüsusi inzibati rayonu Honkonq184,2916723,14
Filippin240,8824325,53
İsveçrə1470,02145035,48
Kanada1398,88132316,32
Meksika2557,6233513,81
Türkiyə1115,8499250,42
Yaponiya149,8915586,09
Zimbabve12,21133,44
Almaniya1062,4995859,22
İspaniya692,1573156,09
İsveç38,164099,74
İtaliya296,4831249,34
Rumıniya48,124960,59

Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

 

AzPost.az

Seçilən
8
2
azpost.info

4Mənbələr