EN

Saşa İliç: “”Belə meydançada oynamaq çox çətindir”

“Meydança çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 4-cü turunda “İmişli” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis rəqibin texniki səhvə yol verməsi barədə bunları söyləyib: “Rəsmi məlumat yoxdur. Nəsə demək olmaz”.

O bildirib ki, Qubada yaradılan gözəl kompleksə baxmayaraq, meydançanın vəziyyəti ciddi problemlər yaradıb:

“Belə meydançada oynamaq çox çətindir. Problemli meydançadır. Əslində, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir, amma meydançanın pis durumda olması hər şeyi alt-üst edir”.

Chosen
71
1
idmanxeber.az

2Sources