EN

Gürcüstanda korrupsiya QALMAQALI: Sabiq müdafiə naziri HƏBS EDİLDİ

Tiflis Şəhər Məhkəməsi korrupsiyada ittiham olunan Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladzenin həbsinə qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə "İnterpressnews" məlumat yayıb.

Həbsi hakim Yekaterina Barbakadze təsdiqləyib.

Müdafiə tərəfi isə Burçuladzenin 100 min lari (təxminən 37 min dollar) girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Sabiq nazir “xüsusilə külli miqdarda gəlir əldə etməklə bağlı vəzifə səlahiyyətlərindən istifadə etməklə qeyri-qanuni gəlirlərin leqallaşdırılması” və “vəzifə səlahiyyətlərindən sui-istifadə”də ittiham olunur. Əgər Burçuladze təqsirli bilinərsə, onu 9 ildən 12 ilə qədər həbs gözləyir.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Burçuladze sentyabrın 11-də saxlanılıb. Lakin yıxılaraq aldığı beyin silkələnməsi səbəbindən təcridxanaya deyil, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, şənbə günü Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının keçmiş lideri Levan Xabeişviliyə qarşı da ittiham irəli sürüb.

Musavat.com

Chosen
26
musavat.com

1Sources