EN

Daşbulaq kənd sakini: Bir xalq olaraq bu qürurlu və sevincli günlərə layiqik

Bir xalq olaraq bu qürurlu və sevincli günlərə layiqik.

Bu fikirləri Xocalı rayonu, Daşbulaq kənd sakini Şəmi Əliyev bildirib.

"Bir xalq olaraq bugünkü sevincə layiqik. Çünki, əsrlər boyu soyqırımlara, işgəncələrə məruz qaldıq. Amma geri çəkilmədik, əyilmədik. Məhz elə bununnəticəsidir ki, şəhidlərimizin qanı bahasına və ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində bu günləri yaşayırıq. Ürəyimizdə bir nisgil var idi. Şükürlər olsun ki, bu nisgil sona yetdi. Uzun illərdən sonra hər kəs öz ata-baba yurdunda yaşayacaq, öz isti ocaqlarını yandıracaqlar", - kənd sakini vurğulayıb.

Qeyd edək ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilib. Kəndə ilk mərhələdə 67 nəfərdən ibarət 13 ailə köçürülüb. Bu, Xocalının Daşbulaq kəndinə ilk köçdür.

Chosen
31
aznews.az

1Sources