EN

Polşa Rusiya təhdidinə görə döyüş təyyarələrini havaya qaldırdı

Qərbi Ukraynada Rusiyanın pilotsuz təyyarələrinin hücumu təhlükəsi səbəbindən Polşa və NATO döyüş təyyarələrini havaya qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

“Ukraynanın Polşa ilə həmsərhəd bölgələrində pilotsuz təyyarələrin hücumu təhlükəsi ilə əlaqədar olaraq hava məkanımızda hərbi aviasiya əməliyyatlarına başlanılıb”, – nazirliyin sosial şəbəkədə yaydığı məlumatda deyilib.

Polşa və NATO təyyarələri, eləcə də yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazır vəziyyətə gətirilib.

Dəniz Pənahova 

KONKRET.az 

Chosen
33
28
konkret.az

10Sources