EN

“Düşüncəsizliyimizin güdazına getdik” – Jorje Kaşkilya 

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən oyundan sonra “İmişli”nin baş məşqçisi Jorje Kaşkilya matçı dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis qarşılaşmanın gərgin və maraqlı keçdiyini bildirib:

“Çətin və bərabər oyun alındı. Düzgün oynamağa çalışdıq və ikinci hissədə qələbə topunu vura bildik. “Sumqayıt”ın hücum xətti çox güclüdür. Çalışdıq ki, onlara epizod verməyək. Sadəcə, düşüncəsizliyimizin güdazına getdik”.

Portuqaliyalı baş məşqçi nəticə ilə qürur duyduğunu da qeyd edib:

“Meydanda olanlarla, hər şeyə rəğmən, komandamın 7 xal qazanması barədə ürəklə danışa bilərəm. Qalan məsələlərə isə klub rəhbərliyi cavab verməlidir”.

 

 

Chosen
62
idmanxeber.az

1Sources