EN

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və ABŞ Sudanda üçaylıq atəşkəslə bağlı çağırış edib

Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ humanitar yardımların sürətlə çatdırılmasına şərait yaradılması məqsədilə Sudanda üçaylıq atəşkəsə çağırış ediblər.

“İki sahil” Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadla bildirir ki, bu, Amerika Birləşmiş Ştatlarının dəvəti əsasında, Səudiyyə Ərəbistanının, Misirin, BƏƏ-nin və ABŞ-ın xarici işlər nazirlərinin Sudandakı münaqişə ilə bağlı apardıqları intensiv məsləhətləşmələrin nəticəsi olaraq qəbul etdikləri birgə bəyanatda əks olunur.

Birgə bəyanatda Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişənin “dünyanın ən ağır humanitar böhranına” səbəb olduğu, regional sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub. Vurğulanıb ki, böhranın hərbi yolla həlli yoxdur.

Dördtərəfli bəyanatda, həmçinin “Müsəlman Qardaşları” ilə əlaqəli zorakı ekstremist qrupların bölgədə zorakılığın və qeyri-sabitliyin artmasında roluna diqqət çəkilir, onların Sudanın gələcəyini müəyyənləşdirə bilməyəcəkləri vurğulanıb.

Nazirlər bu mövzuda məsləhətləşmələri 2025-ci ilin sentyabrında keçiriləcək nazirlərin dördtərəfli görüşündə davam etdirmək barədə razılığa gəliblər.

Chosen
20
3
ikisahil.az

9Sources