"Səmimi danışsaq, rəqib bizi çox da üstələmədi".

Offsideplus.az xəbər verir ki, bunu “Qəbələ” futbol klubunun baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 4-cü turunda “Turan Tovuz”la qarşılaşmadan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib: "Çox yaxşı oynadıq. Sadəcə qol vəziyyətlərindən istifadə edə bilmədik. Beləcə gərəksiz bir qol buraxdıq. Bəzən bir səhv həlledici olur, biz də bu səbəbdən uduzduq.

Heyətimiz güclənməlidir. Komandada rəqabət olmalıdır. 11 oyunçu ilə davam etmək çətindir. Digər oyunlarda da rəqiblərimiz bizdən elə də ciddi üstünlüyə malik olmayıb. İstənilən halda komanda olaraq müəyyən qədər güclənməyə ehtiyac var".