EN

Meyxanaya pis baxılan Bakı qəsəbəsi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Mehrəli Asim olub.

Proqramda o, Nardaranda meyxanaya münasibətin mənfi olduğunu söyləyib: "Nardaranda meyxana son 25-30 ildə yayılıb. Bakı kəndləri daha çox muğama üstünlük verirlər. Meyxana burada elit sayılmır. O, ərəb, fars musiqisi ilə yoğrulub. Bununla ağıl inkişaf etməz, millət ucalmaz".

Mehrəli Asim, həmçinin o vaxtların qonşuluq münasibətlərindən danışıb. "Kəndimizdə Ağasalah dayı var idi. Həmişə deyərdi ki, Nardaranda hasarlar 10 ildən bir üç daş yuxarı qalxır. Yəni artıq insanların bir-birlərinə güvənmədiklərini demək istəyirdi. Niyə bir-birimizdən gizlənmək istəyirik? Mən sənin ananı, bacını həyətdə görsəm, nə olar ki?! Vaxt var idi burada insanlar həyətlərini çəpərləyirdilər. Hazırda isə vəziyyət dəyişib. Bütün bunlar dövrümüzdə qonşuların bir-birlərinə etibar etməmələrinin göstəricisidir", − deyə o, sözlərinə əlavə edib.

Meyxanaya pis baxılan Bakı qəsəbəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
9
oxu.az

10Sources