EN

KİV: İtaliya NATO-ya iki qırıcı təyyarə verəcək

BAKI, 14 sentyabr. TELEQRAF

İtaliya NATO-nun şərq cinahında mövqelərinin gücləndirilməsinə töhfə verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

Nəşr iddia edir ki, söhbət ən azı iki qırıcıdan gedir. Bu baxımdan F-35-lərə üstünlük verilir.

Bildirilir ki, bu təyyarələr artıq Estoniyadakı bazada yerləşən 4 İtaliya qırıcısına əlavə oluna bilər. Bundan başqa, İtaliya artıq orada yerləşdirilmiş “Samp-T” hava hücumundan müdafiə sisteminin Estoniyada qalma müddətini uzada bilər.

Qəzet qeyd edir ki, belə bir qərar “hərbi, siyasi və diplomatik baxımdan qaçılmaz və məcburidir” və Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşa ərazisinə düşməsindən sonra Varşavaya dəstək göstərmək üçün Avropanın güclü təzyiqi ilə diktə olunur.

“Roma, digər Avropa tərəfdaşlarının səyləri fonunda kənarda qala bilməz”, - qəzet yazır.

Chosen
22
teleqraf.com

1Sources