EN

İlon Mask Konor Makqreqora maliyyə yardımı təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 54 yaşlı amerikalı sahibkar və milyarder İlon Maskın İrlandiyada keçiriləcək prezident seçkiləri üçün ona maliyyə dəstəyi göstərmək istəyindən danışıb.
Oxu.Az xəbər verir ki, jurnalist Adam Qlin "X" sosial şəbəkəsində Makqreqorun sözlərini sitat gətirib.
"İlon əsl superqəhrəmandır. O, məni dəstəkləyəcəyinə söz verdi. Bilirsiniz, o, hətta maliyyə yardımı təklif etdi, amma mən dedim ki, buna ehtiyac yoxdur. Mən pul üçün burada deyiləm. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm", - deyə Makqreqor bildirib.
Qeyd edək ki, İrlandiyada prezident seçkiləri 2025-ci il oktyabrın 24-də keçiriləcək.
Chosen
65
3
oxu.az

10Sources