EN

Alperen Şengün komanda yoldaşına bahalı saat alacaq Adetokunboya görə

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə millisinin lideri Alperen Şengün "EuroBasket 2025"in yarımfinal matçında Yunanıstan yığmasının əsas oyunçusu Yannis Adetokunbonu neytrallaşdırdığına görə komanda yoldaşı Ərcan Osmaniyə "Rolex" saatı alacaq.

İdman.biz bildirir ki, qarşılaşma Türkiyə millisinin 94:68 hesablı qələbəsi ilə başa çatıb.

"Mən oyundan əvvəl verdiyim sözümü yerinə yetirəcəyəm, ona ən yaxşı "Rolex" saatını alacağam... Yannis kimi bir oyunçunun yalnız 12 xal qazanmasına imkan vermək - bu inanılmazdır".

Xatırladaq ki, hücumçu kimi çıxış edən Adetokunbo oyunda 12 xal, 12 ribaund, həmçinin 5 məhsuldar ötürmə ilə fərqlənib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
icma.az

2Sources