EN

KİV: Misir "ərəb NATO"sunun yaradılması üçün müttəfiq axtarır

Misir NATO tipli hərbi ittifaq yaratmaq üçün ərəb ölkələrinin dəstəyinə ümid edir.

Azreform.info xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, NATO-nun ərəb analoqunun yaradılması təklifi təxminən doqquz il əvvəl irəli sürülüb, lakin həyata keçirilməyib və bu təşəbbüsün müzakirəyə qaytarılması İsrailin Qətərə hücumu ilə bağlıdır.

Bildirilir ki, Qahirə özünün təxminən 20 min hərbi qulluqçusunu ümumərəb silahlı qüvvələrinə daxil etməyi təklif edir. Misir potensial ittifaqda aparıcı mövqe tutmaq istəyir, ikinci yeri Səudiyyə Ərəbistanına, üçüncü yeri isə Fars körfəzi dövlətlərindən birinə ayırır.(oxu.az)

Chosen
52
5
azreform.info

6Sources